
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 400 metr məsafədə qarışıq üsulla üzmə yarışında Oqtay Hüseynov birinci yeri tutub.
Rusiyalı İlya Yamşanov gümüş, belaruslu Maksim Malışka bürünc medala sahib çıxıb.
Bundan başqa, 200 metr məsafəyə bras üsulu ilə üzmədə azərbaycanlı üzgüçü Yeqor Maynitski üçüncü yeri tutub. Rusiyalı İlya Yamşanov qızıl, Balarusdan olan Maksim Malışka gümüş medal qazanıb.