ABŞ-ın üzgüçülük üzrə 18 qat olimpiya çempionu Maykl Felps sərxoş halda avtomobil idarə etdiyi üçün üzr istəyib. Sportnet.az-ın məlumatına görə, hadisə Meriland ştatında baş verib.
Bu hadisədən sarsılan idmançı "facebook” səhifəsində öz hisslərini bölüşüb: "Bu səhər sərxoş halda avtomobil idarə edib, sürət həddini aşmaqda ittaham olunararaq, həbs olundum. Mən bu hadisənin ciddiliyini başa düşürəm və məsuliyyətini çəkməyə hazıram. Bilirəm ki, bu sözlər
hazırda əhəmiyyət kəsb etmir, lakin sizi məyus etdiyim üçün üzgünəm”.
Qeyd edək ki, Maykl Felps dünya tarixində 18 dəfə olimpiya, 26 dəfə
dünya çempionu olan yeganə idmançıdır. Amerikalı üzgüçü Yay Olimpiya Oyunlarında 22
mükafat qazanaraq, rekordda imza atıb.