Su İdman Sarayında üzgüçülük üzrə Azərbaycanın açıq qış çempionatı keçirilib.
Sportnet.az-ın məlumatına görə, Beynəlxalq Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüşülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun yarışda ölkənin 15 müxtəlif klub və idman cəmiyyətindən 3-cü idman dərəcəsi olan 140-dək idmançı çıxış edib.
Onlar 50 metr, 100 metr, 200 metr, 400 metr, 800 metr və 1500 metr məsafələrə sərbəst, 50 metr, 100 metr, 200 metr məsafələrə arxası üstə, brass və batterflay üsullarla mübarizə aparıblar.
Azərbaycan Üzgüçülük Federasiyası, Su İdman Sarayı, 1st Fitness, ÜGİM Xətai, Azərbaycan Avropa Məktəbi, Milli Paralimpiya Komitəsi, Azərbaycan Üzgüçülük Klubu, AURA sağlamlıq Mərkəzi, FHN idman klubu, Kristal üzgüçülük klubu, Sərhədçi İdman Olimpia Kompleksi, Şua sağlamlıq mərkəzi, ÜGİM Sumqayıt, Respublika UGİM-dən yarışa qatılan idmanşılardan başqa, İran klubunun üzgüçüləri də qüvvələrini sınayıblar.
3 gün keçirilən Azərbaycan açıq qış çempionatında Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, Fatimə Alkərəmova, Əbdürrəhman Rüstəmov, Ayan Kələntərova və Nihad Yusibov kürsünün ən yüksək pillələrində yer alıblar. Sumqayıt ÜGİM-ın yetirməsi olan Yusibov idman ustası normativini yerinə yetirib.
Yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyinin müvafiq diplom və xatirə hədiyyələri ilə təltif olunublar.