Avro-2016-nın
seçmə mərhələsi çərçivəsində IV turun oyunları başa çatıb. Sportnet.az-ın
məlumatına görə, bu turlardan sonra cəmi 3 komanda xalsız qalıb.
Üzücü də
olsa bu 3 ölkədən biri də Azərbaycan millisidir. Belə ki, milli komandamızla
yanaşı Andorra
və Cəbəllütariq kimi cırtan ölkələr də xala həsrət qalıblar.
İlk turda
Bolqarıstan millisinə 1:2 hesabı ilə məğlub olan millimiz, ikinci oyununda İtaliya
səfərində də eyni hesablı məğlubiyyətə üzülüb. Xorvatiya ilə oyunda biabırçı
hesabla uduzan komandamızın ümidi Norveçlə qarşılaşma idi. Lakin doğma arenada
da uduzan yığmamız ili xalsız başa vurdu. Keçirdiyi 4 oyunda 2 qol vuran
millimiz əvəzində qapısından 11 top buraxıb. Komandamız bu göstərici ilə
sonuncu pillədə qərarlaşıb.
Andorra millisi də komandamız kimi 4 oyunun
hamısında məğlub olub. Cırtdan ölkənin millisi də 2qol vurmağı bacarıb. Lakin
qapısından 17 top buraxıb. Komanda Uelsə (1:2), Belçikaya (6:0), İsrailə (1:4)
və Kiprə (5:0) uduzub.
Bu
komandalar arasında isə pis nəticəyə isə Cəbəllütariq millisi imza atıb. Cəbəllütariq
4 oyunun heç birində qol vura bilməyib. Əvəzində isə qapısından nə az nə çox,
21 top buraxıb. İlk oyunda Polşa millisinə (0:7) uduzan komanda, növbəti
turlarda İrlandiya (7:0), Gürcüstan (0:3) və Almaniyaya (4:0) boyun əyib.
Qeyd edək ki, millimiz H qrupunda Xorvatiya, İtaliya, Norveç, Bolqarıstan və Malta ilə mübarizə aparır.