3x3 basketbol üzrə qadın millimiz İslam Həmrəylik Oyunlarının yarımfinalında !
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında 3x3 basketbol üzrə yarışlara strat verilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın qadınlardan ibarət millisi ilk qrup oyununda ev sahibi Səudiyyə Ərəbistanına 21:8, ikinci oyununda isə Türkiyə yığmasına 19:11 hesabı ilə qalib gəlib.
Bu gün isə qrupda sonuncu oyununu keçirən komanda Kot-d İvuar üzərində 21:14 hesablı qələbə qazanaraq A qrupunun lideri kimi yarımfinala yüksəlib.
Qeyd edək ki, yarımfinaldakı rəqib B qrupunu ikinci pillədə tamamlayan kollektiv olacaq.









































































