18 yaşadək voleybolçu qızlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Gürcüstanın Telavi şəhərinə yola düşüb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Şahin Çatmanın rəhbərlik etdiyi yığma A qrupunda Polşa və Gürcüstan komandaları ilə qarşılaşacaq.
Milli ilk oyununu 20 noyabrda Polşa yığmasına qarşı keçirəcək.
U-18-in heyəti:
Baş məşqçi: Şahin Çatma
Məşqçilər: Həmid Anvari, Zihni Türkay Taylan, Serim Birol
Oyunçular: Çinarə Rəhimova, Fatimə Əliyeva, Dilarə Ağayeva, Ulyana Kovalyova, Nuray Vahablı, Mədinə Əlibəyova, Ayan Məmmədova, Çinarə Yusubova, Fatimə Mirzəyeva, Zeynəb Quluzadə, Xədicə Hadızadə, Leyla Əliyeva, Aydan Mirzəyeva, Nəzrin Məmmədli
Şərqi Avropa Voleybol Zonal Assosiasiyası - EEVZA
U-18 (qızlar)
Oyunların proqramı:
20 noyabr
B qrupu
14:00. Estoniya - Ermənistan
A qrupu
16:30. Polşa - Azərbaycan
21 noyabr
B qrupu
14:00. Ukrayna - Ermənistan
A qrupu
16:30. Gürcüstan - Azərbaycan
22 noyabr
B qrupu
14:00. Estoniya - Ukrayna
A qrupu
16:30. Polşa - Gürcüstan
23 noyabr
12:00. A3 - B3
14:30. A2 - B2
17:00. A1 - B1
Qeyd edək ki, yarış AVRO-2026-ya seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.







































































