
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk Avropa Oyunlarına hazırlığını Sloveniyada davam etdirir. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Bülənt Qarslıoğlunun yetirmələri hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
Avstriya yığması ilə qarşılaşan voleybolçularımız 5:0 hesabı ilə qalib gəliblər.
Mayın 5-də yekun vurulacaq təlim-məşq prosesi çərçivəsində millimiz Sloveniya yığması keçirdiyi iki oyunda 3:2, 3:1 hesabı ilə qalib gəlib.