
Türkiyənin "Karşıyaka" klubunda çıxış edən Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev I Liqada növbəti oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı qolkiper VII turda "Alanyaspor"a qarşı sonadək forma geyinib.
Yeni baş məşqçi Kemal Özdeşin rəhbərliyi altında ilk matçını evdə keçirən İzmir komandası qələbəni uzatma dəqiqələrində əldən verib. 90+7-ci dəqiqədə "Karşıyaka"nın qapısına təyin olunan penaltini Ağayev qaytarsa da, təkrar zərbə tora daxil olub. Meydan sahiblərinin hər iki qolunu Gökhan Ünal vurub. "Alanyaspor"dan isə Conatan Ayite və Tayfur Bingöl fərqlənib. 81-ci dəqiqədə İqor Duriç qırmızı vərəqə alaraq, "Karşıyaka"nı azlıqda qoyub.
Qeyd edək ki, bu nəticədən sonra "Karşıyaka" 6 xalla 12-ci pillədə qərarlaşıb.