Ötənlərin məşhur futbolçusu Xristo Stoiçkov ALS xəstəliyinə qarşı "Icebucketchallenge" kampaniyasına qoşulub. Sportnet.az-ın məlumatına görə, Stoiçkov günəşli Mayamidə başına buzlu su tökərkən, davamçıları qismində 5 nəfərin adını çəkib.
Bunlardan 3-ü bolqarıstanlı ulduzun ailə üzvləridir. Eyni zamanda məşhur ispaniyalı müğənni Xulio İqlesias və Bolqarıstan millisinin baş məşqçisi Lyuboslav Penev də dəvətlilərdəndir. Amma Penevin cavabı özünü gözlətməli olacaq. Çünki Penev hazırda yığmanı sentyabrın 9-da Azərbaycanla keçirəcəkləri 2016-cı il Avropa çempionatının seçmə qrup matçına hazırlayır.
Qeyd edək ki, "Bakcell Arena"da təşkil olunacaq oyun saat 21:00-da başlanacaq.
lı
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |