1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elə legionerlərdənsə...
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını Azərbaycan üçün uğurlu saymaq olar.
Çünki əvvəlki olimpiadalardan fərqli olaraq, bu dəfə 18 medal qazandıq.
Çünki bu olimpiadada 2 yeni idman növündə medal qazandıq. Boksda ilk dəfə final vəsiqə əldə etdik. Taekvondoda 3 medal, avarçəkmədə isə 2 medal qazandıq.
Çünki ildən ilə artan medal sayını bu dəfə daha böyük saya -18-ə çatdırdıq. Nəzər alaq ki, medal sayının artmasına təkan verəcək ağırlıqqaldıranlar diksvalifikasiya olunaraq Rio-dan kənarda qalmışdılar.
Bəs ən uğurlu növ hansı oldu?
Cavab: Cüdo, kayak-kanoe və taekvondo. Cüdoda iki gümüş, kanoe-sprintdə 1 gümüş, 1 bürünc, taekvondoda isə 4 idmançıdan 1 qızıl, 2 bürünc və 1 5-ci yer.
O ki, qaldı qızıl sayının az olmasına. Bunu əldə bayraq edənlərlə razılaşmıram. Bütün idmançıların qızıl əldə etməsi mümkünsüzdür. Nəzərə alaq ki, "Sidney-200"də 2, "Afina-2004" və "Pekin-2008"də 1, "London-2012"də 2 qızıl vardı. Bu dəfə də 1 oldu. Azərbaycanın ümumi sıralamada yüksək və ya aşağı yerdə durması nə indi, nə də növbəti olimpiada baxımından heç bir kvorum və ya güzəşt əldə etmək demək deyil.
Bu baxımdan, idmançıları qınamaq əvəzinə, gəlin, təbrik edək, gələcək yarışlarda onlara uğur diləyək.
Bir az da legionerlər barədə. Artıq dünya qloballaşır. Hər bir ölkədə legioner var. Bu, normaldır. Çünki artıq idman bir ölkənini tanıdılması və təbliğidir. Buna görə də Azərbaycan adlı kiçik və gənc ölkə də idman siyasətində tanınmalı, təbliğ edilməlidir. Ona görə legionerlərin olub-olmaması müzakirə edilməyə dəyməz. Lakin uğursuz legionerlər barədə növbəti olimpiadalar üçün düşünmək lazımdır.
Radik İsayev, Milad Beigi Harçeqani, Mariya Stadnik, Yuliya Ratkeviç, Nadejda Sinişin, Marina Durunda, Lorenso Sotomayor, İnna Osipenko-Radomskaya, Valentin Demyanenko, Xetaq Qazyumov və adını çəkmədiyim uğurlu legionerləri gətirmək olar. Əsas şərt legionerin ölkə adına medal qazanmasıdır. Medal qazanmayan legionerdənsə, öz gənclərimizə yatırım etmək sərfəlidir.
Hayle İbrahimov, Evans Kiplaqat Barkovet, Hanna Skidan və s. kimi legionerlərin əldə etdikləri nəticələri bir az aşağı-bir az yuxarı bizlər də edə bilərik. Ona görə federasiyalar legioner gətirəndə şərt olaraq yalnız medal qazanma məsələsini irəli sürməlidirlər.
Məşqçilərə gəlincə, idmançılarımızın son anlarda qələbələri əldən vermələri və ya son saniyələrdə uduzmaqları göstərdi ki, bir çox məşqçilər yükləməni düzgün aparmır. Buna görə də idmançılarda son anlarda ya fiziki güc tükənir, ya da psixooloji inam itir. Gələcək üçün bu da ciddi təhlil edilməli və səhvlər aradan qaldırılmalıdır.
Və sonda... İdman dünyasının ən mötəbər yarışı məhz olimpiadadır. Nə dünya, nə Avropa çempionatları buna bərabər tutula bilməz. Bu yarışa idmançılar daha ciddi hazırlaşırlar. Ona görə də digər yarışlardakı nailiyyət olimpiadada da uğur qazanmaq anlamına gəlmir. Bunu da nəzərə alaq. Uğur dayanmadan, ciddi səylə, nizam-intizama əməl etməklə, məşq qaydalarını və rejiminı ciddi qorumaqla əldə edilir. Bunu da nəzərə almalıdır idmançılar və məşqçilərimiz.
4 ilin möhtəşəm bayramı başa çatdı. AZƏRBAYCANı və İDMANÇILARını bu uğurlu nəticələr münasibətilə təbrik edirik. "Tokio-2020"də bundan da böyük uğurlar diləyilə...
Ramin MAHMUDOV