
"Neftçi"də iki futbolçu əvəzedici komandaya göndərilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Samir Abasov qərar qəbul edib.
Qərara əsasən, Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcə.