
Portuqaliya "Benfika"sı baş məşqçi Joze Mourinyo ilə danışıqlar apardığını təsdiqləyib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
Lissabon təmsilçisi danışıqların tezliklə başa çatacağını bəyan edib: "Benfika" Portuqaliya Qiymətli Kağızlar Bazarı üzrə Komissiyasını Joze Mario duş Santuş Mourinyo Feliksin baş məşqçi vəzifəsinə təyinatı ilə bağlı danışıqlar aparıldığına dair məlumatlandırıb. Danışıqlar tezliklə yekunlaşacaq".
Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunda "Qarabağ"a 2:3 hesablı ev məğlubiyyətindən sonra Brunu Laji "Benfika"nın baş məşqçi postundan istefaya göndərilib. Onu Joze Mourinyonun əvəzləyəcəyi gözlənilir.