
Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə III MDB Oyunlarında daha bir medal qazanıb.
Sportnet.az xəbər verir ki, İsmayılzadə 800 metr məsafəyə sərbəst üsulla üzmədə gümüş medala sahib olub.
O, finişə 8 dəqiqə 9,14 dəqiqəyə çatıb.
Rusiyalı Aleksandr Filipets (8:08.97) qızıl, onun həmyerlisi Boqdan Toropkin (8:19.71) bürünc medal əldə edib.