
İspaniyanın "Atletik" komandası "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçında ciddi zədə ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, kapitan İnyaki Uilyams 36-cı dəqiqədə əzələsini dartaraq, əvəzlənməli olub.
Onun yerinə meydana Aleks Berenger daxil olub.
İnyaki qardaşı Niko Uilyamsla bərabər avqustdan sonra ilk dəfə bu matçda meydana çıxmışdı. Hər iki oyunçu zədəli idi.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.