"Qarabağ"ın qapıçısı Fabian Buntiç Almaniyanın Azərbaycandakı səfirliyini ziyarət edib.
Sportnet.az səfirliyin sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, əslən Almaniyanın Ştutqart şəhərindən olan xorvat qolkiper səfir Ralf Horlemann ilə görüşüb.
Görüşdə bildirilib ki, "Qarabağ" bu mövsüm Çempionlar Liqasında möhtəşəm və güclü performans sərgiləyir.
Səfir Azərbaycan klubuna qarşıdakı Çempionlar Liqası oyunlarında uğurlar arzulayıb və 21 yanvar 2026-cı ildə Bakıda keçiriləcək "Ayntraxt Frankfurt"la oyunu səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.














































































