Afrika Millətlər Kubokunda 3-cü yer uğrunda görüşdə Nigeriya və Misir milliləri üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz yekunlaşıb - 0:0.
Penaltilər seriyasında Nigeriya 4:2 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub. Misir yığmasının penaltilərindən birini Məhəmməd Salah dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, yanvarın 18-də keçiriləcək final matçında təşkilatçı Mərakeş yığması ilə Seneqal millisi üz-üzə gələcək.
Afrika Millətlər Kubokunun son qalibi Kot d'İvuar olub.











































































