Azərbaycan I Liqasında XXV turun daha 3 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, lider "Şəfa" "Difai"nin qonağı olub.
Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Əvəzində "Səbail" səfərdə "Zaqatala"ya böyük hesabla qalib gəlib - 3:0.
Nəticədə xalını 54-ə çatdıran "Şəfa" çempionluğu bu turda rəsmiləşdirə bilməyib. "Səbail" isə xalını 49-a yüksəldərək, 2-ci pillədə möhkəmlənib.
Günün digər qarşılaşmasında isə "Şimal" komandası MOİK-in müqavimətini qıra bilməyib - 1:1.
Azərbaycan I Liqası, XXV tur
6 may (çərşənbə)
16:00. “Şimal” – MOİK - 1:1
Qollar: Ange Donald Qla, 40 - Seyxan Fərəcov, 85
Şamaxı OİK stadionu
16:00. “Difai” – “Şəfa” - 0:0
Buzovna qəsəbə stadionu
16:00. “Zaqatala” – “Səbail” - 0:3
Qollar: Alfonso Almeyda, 20; 34. Pedro Rikardo, 81
Qırmızı vərəqələr: İlkin Qırtımov, 54 - Ruslan Voronsov, 54
Zaqatala OİK stadionu
Qeyd edək ki, turun açılış oyununda "Şahdağ Qusar" "Mingəçevir"ə qalib gəlib - 2:0.















































































