FİFA-nın sanksiyasından sonra İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone ilə İngiltərənin "Çelsi" komandasının müqavilə bağlama şansları yüksəlib. Sportnet.az "Daily Mirror"a istinadən xəbər verir ki, "zadəganlar"ın sahibi Roman Abramoviç belə bir qənaətə gəlib.
Onun fikrincə, FİFA-nın transfer qadağası götürülməsə, Simeone çətin vəziyyətdə qalacaq. Çünki "Atletiko" qış və yay transferləri dövründə heç bir yeni oyunçunu heyətinə qata bilməyəcək.
Qeyd edək ki, Roman Abramoviç Dieqo Simeoneni növbəti mövsümdən "Çelsi"nin baş məşqçi postuna əsas namizəd görür.