1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"ShamkirChess2016"nın bağlanış mərasimi - FOTOLAR
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2016" superturnirinin təntənəli bağlanış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə çıxış edən Vüqar Həşimovun qardaşı Sərxan Həşimov ardıcıl üçüncü il baş tutan yarışın təşkilatçılarına təşəkkür edib.
Sərxan Həşimov turnirdə ədalətli oyun prinsipinə sadiq qaldığı üçün qadınlar arasında dünya çempionu Hou Yifan, Vüqar Həşimovun oyun üslübuna yaxın partiya sərgilədiyi üçün Şəhriyar Məmmədyarova, yüksək təşkilatçılığa görə "Synergy Group" Müşahidə Şurasının müavini Fərid Hüseynova xatirə hədiyyələrini təqdim edib.
Rəsmi çıxışlardan sonra turnirin direktoru Fərid Hüseynov Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova "ShamkirChess2016" turninin qalibi üçün hazırlanan kuboku təqdim edib.