"Tour d Azerbaidjan" veloyürüşünü işıqlandırmaq üçün Qəbələdə səfərdə olan jurnalistlər arasında futbol matçı keçirilib. Sportnet.az-ın məlumatına görə, matç zamanı azərbaycanlı və əcnəbi media mənsubları bir-birinə rəqib olub.
Görüş 8 may - Şuşanın işğalının 23-cü ildönümü ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayıb. Qalib isə 6:0 hesabı ilə Azərbaycan komanda olub.