Böyük britaniyalı olimpiya çempionları Nicola Adams, Jade Jones və Ed McKeever Avropa Oyunlarında iştirak edəcəklər. Sportnet.az-ın məlumatına görə, Böyük Britaniya Bakı 2015 Avropa Oyunlarında yarışacaq 153 idmançının adlarını açıqlayıb. Bu idmançılar 12-28 iyun tarixlərində keçiriləcək yarışlarda 13 fərqli idman növündə mübarizə aparacaqlar.
Britaniyanın nümayəndə heyətinin rəhbəri cənab Mark England belə danışıb: "Bakı 2015 Avropa Oyunlarında Böyük Britaniya komandası adından yarışacaq idmançıları elan etmək gözəl duyğudur. Onların çoxu üçün Avropanın ən yaxşılarına qarşı mübarizə aparmaq, çoxsaylı idman növü üzrə yarışlarda mühüm təcrübə qazanmaq və ya Rio 2016-a aparan yolu özləri üçün təmin etmək baxımından böyük imkandır. Həmçinin, Böyük Britaniyadan Bakıya bu cür böyük bir nümayəndə heyətinin gəlməsindən çox məmnunam. Bu, bizim Pekin 2008 Olimpiya Oyunlarından sonra ən böyük nümayəndə heyətimizdir. Bunun onların hər biri üçün çox qürurverici an olacağından əminəm."
Boksçu Nicola Adams London 2012 Olimpiya Oyunlarında 51 kq çəkidə qızıl medal qazanıb, o həm də dünya çempionatlarının üçqat gümüş medalçısıdır.
Jade Jones taekvondo üzrə qızıl medalı qazanmış ilk britaniyalı idmançı kimi London 2012 Olimpiya Oyunlarının qalibi olub.
Bakı 2015 üçün özünə yer təmin etmiş digər uğurlu idmançı London 2012 Olimpiya Oyunlarında 200 metr məsafəyə kayakla yarışda qızıl medal qazanmış Ed McKeeverdir. Bu 31 yaşlı idmançı həm də 2010 Dünya Çempionatı və Avropa Çempionatlarında 200 metr məsayə kayakla yarışlarda qızıl medala layiq görülüb.
McKeever belə deyib: "Mən bu dəfə Avropa Oyunlarında iştirak etmək üçün yenidən Böyük Britaniya komandasına seçilməyimdən qürur duyuram. Bu, Rio 2016 üçün kvalifikasiya yarışı olacaq Dünya Çempionatına kimi səkkiz həftəlik müddət üçün mühüm yarışdır. Dünyanın birinci dərəcəli avarçəkmə idmançılarının əksəriyyəti avropalı olduğuna görə, mən həqiqətən də sürətli yarışlar və hazırlıq proseslərinin nə cür getdiyini görmək istəyirəm."
Qeyd etməyə layiq digər britaniyalı idmançılar gümüş cüdo üzrə gümüş medal sahibi Gemma Gibbons və Alice Schlesinger, üçqat dünya triatlon çempionu Helen Jenkins və taekvondo üzrə Olimpiya bürüncü medalçısı Lutalo Muhammaddir.
Aşağıda Böyük Britaniya komandasının üzvləri göstərilib.
Kamandan oxatma: Naomi Folkard, Nicky Hunt, Amy Oliver, Kieran Slater
Çimərlik voleybolu: Chris Gregory, Jake Sheaf
Boks: Nicola Adams, Savannah Marshall, Sandy Ryan, Lisa Whiteside
Avarçəkmə: Lani Belcher, Rachel Cawthorn, Hayleigh Mason, Angela Hannah, Emily Lewis, Louisa Sawers, Jonathan Boyton, Christopher Calvert, Andrew Daniels, Liam Heath, Ed McKeever, Timothy Pendle, Jon Schofield, James Sytan
Suya tullanma: Matthew Dixon, Millie Fowler, Millie Hafferty, Ross Haslam, James Heatly, Jordan Houlden, Matty Lee, Shanice Lobb, Lydia Rosenthall, Katherine Torrance, Lois Toulson
Qılıncoynatma: James Honeybone, Richard Kruse, Marcus Mepstead, Benjamin Peggs, Alexander Tofalides, Aliya Itzkowitz, Corinna Lawrence, Natalia Sheppard
Akrobatika gimnastikası: Jennifer Bailey, Ryan Bartlett, Hannah Baughn, Cicely Irwin, Josie Russell
Aerobika gimnastikası: Ella Augier, Sophie Goves, Chloe Farrance, Olivia Farrance, Kayleigh Silva
İdman gimnastikası: Brinn Bevan, Frank Baines, Tyesha Mattis, Kelly Simm, Rebecca Tunney, Nile Wilson
Cüdo: Sarah Adlington, Frazer Chamberlain, Sally Conway, Kelly Edwards, Benjamin Fletcher, Megan Fletcher, Gemma Gibbons, Gemma Howell, Owen Livesey, Ashley McKenzie, Colin Oates, Natalie Powell, Alice Schlesinger, Nekoda Smythe-Davis
Atıcılıq: Elena Allen, Jeremy Bird, Brad Davis, Mike Gilligan, John Hammond, Amber Hill, Charlotte Kerwood, Tim Kneale, Abbey Ling, Ed Ling, Jen McIntosh, Steve Scott
Sinxron üzgüçülük: Phoebe Bradley-Smith, Jorja Brown, Danielle Cooper, Jodie Cowie, Emma Critchley, Lara Hockin, Esme Lower, Genevieve Randall, Hannah Randall, Rebecca Richardson
Üzgüçülük: Charlie Attwood, Layla Black, Emma Cain, Kyle Chisholm, Amelia Clynes, Georgia Coates, Madeleine Crompton, Luke Davies, Darcy Deakin, Tom Derbyshire, Tom Fannon, Hannah Featherstone, Luke Greenbank, Holly Hibbott, Joe Hulme, Cameron Kurle, Joe Litchfield, Jarvis Parkinson, Duncan Scott, Rebecca Sherwin, Daniel Speers, Laura Stephens, Abbie Wood, Martyn Walton
Stolüstü tennis: Paul Drinkhall, Liam Pitchford, Kelly Sibley
Taekvondo: Max Cater, Mahama Cho, Jade Jones, Charlie Maddock, Lutalo Muhammad, Ruebyn Richards, Bianca Walkden
Batut gimnastikası: Katherine Driscoll, Laura Gallagher, Luke Strong
Triatlon: Gordon Benson, Thomas Bishop, Philip Graves, Helen Jenkins, Jess Learmonth, Heather Sellers
Su polosu: Dani Brazier, Isabelle Dean, Hannah Edwards, Sophie Jackson, Fleur Kennedy, Verity McCoy, MhairiNurthen, Lara Partridge, Hayley Price, Kathy Rogers, Grace Rowland, Lucy Shaw, Beth Ward
Güləş: Chinu, Yana Rattigan