
Hollandiyalı idman gimnastı Liek Vevers Bakı 2015 üçün keçirilmiş birinci təsnifat yarışında qələbə qazanıb. Sportnet.az-ın məlumatına görə, Vevers Amsterdamda keçirilmiş Hollandiyanın idman gimnastika üzrə milli təsnifat mərhələsində 54.883 xal toplayaraq ən yüksək yerə çıxıb, Lisa Top 53.133 xal qazanıb, Selin van Gerner isə 53.034 xala yiyələnib.
Oldenzallı Vevers gimnastika tirində (13.800) və sərbəst hərəkətlərdə (14.033) ən yüksək xal toplayıb. O, müxtəlif hündürlüklü qollar üzərində ikinci, dayaqla tullanmada isə beşinci olub. Van Qerner müxtəlif hündürlüklü qollarda ən yüksək nəticə göstərdiyi halda, dayaqla tullanmada ən yaxşı nəticəni isə Vevers göstərib.
Amsterdamdakı idman tədbiri Hollandiyanın Bakı 2015-a göndərəcəyi komandanın iki təsnifat mərhələsindən birincisi idi. İkinci təsnifat mərhələsi aprelin 30-da keçiriləcək. Həmin tədbirdə Vevers Bakı 2015-də Hollandiyanın üç qadın idmançısının seçimi uğrunda van Qerner, Top, Lik Vera van Pol, Maartje Ruiks, Dana de Qrut və Tişa Vollemanla yarışacaq.
Vevers İnstaqram sosial şəbəkəsindəki öz səhifəsində bunları yazıb: "Avropa Oyunlarının təsnifat mərhələsində 1-ci yerə layiq olmaq və ən yüksək xalı qazanmağıma görə (54.883) görə bu nəticədən özümü çox xoşbəxt hiss edirəm, mən bu yarışı həqiqətən də çox sevdim. İndi bu rahat və sevinc dolu andan sonra sabah Cümə axşamı 2-ci kvalifikasiya uğrunda keçiriləcək görüş barədə fikirləşirəm. Bu performansı da yaxşı sərgiləmək vacibdir!"