1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakı 2015 uniformalarının və akkreditasiya vəsiqələrinin təqdimat mərasimi keçirilib
"Bakı 2015"in Uniformaların Paylanması və Akkreditasiya Mərkəzində Oyunların uniformalarının və akkreditasiya vəsiqələrinin təqdimat mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq I Avropa Oyunları üçün öz uniforma və akkreditasiya kartlarını götürüblər.
Uniformalar Oyunların uniforma təchizatçısı "Giltex" şirkəti tərəfindən istehsal olunub. "Giltex" şirkəti "Bakı 2015" üçün ümumilikdə 110 min ədəd olmaqla 7 növdə uniforma istehsal edəcək. Alov Qoruyanlar da daxil olmaqla BEGOC-un bütün işçi heyəti növbəti həftələr ərzində Avropa Oyunları zamanı geyinmək üçün öz uniformalarını əldə edə biləcəklər.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.