Niderland
Olimpiya Komitəsi – Niderland İdman Konfederasiyası "Bakı-2015” ilk Avropa
Oyunlarında ölkəni 120 idmançının təmsil edəcəyini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, heyətdə məşhur stolüstü tennisçilər
Li Jie, Li Jiao, gimnastlardan Seline van Qerner, Liza Top, Lieke Vevers və
digərləri yer alıblar.
Niderland
komandasının şef-de-missionu Ceroen Biyl atletlərin idmanın 17 növü üzrə
mübarizə aparacağını vurğulayaraq deyib: "Komandamız mötəbər yarışa ciddi
hazırlaşır. Atletlərimizin turnirdə hədəfləri böyükdür. Ümid edirəm ki,
idmançılarımız uğurla çıxış edib bizi sevindirəcək”.
Niderlandlı idmançılar Bakıda kamandan oxatma, basketbol 3x3, çimərlik voleybolu, boks, kanoe sprinti, velosiped, üzgüçülük, qılıncoynatma, gimnastika, cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon, suya tullanma və güləş yarışlarında mübarizə aparacaqlar.