1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimov "Avropa idman gecəsi"ndə
Bu gün Belçikada "Avropa idman gecəsi" adı altında böyük idman tədbiri keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyindən "Report"a verilən xəbərə əsasən, artıq sayca 4-cü dəfə keçirilən və Avropa Olimpiya Komitəsinin Avropa İttifaqı Ofisinin təşkil etdiyi gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Parlamentinin prezidenti Martin Şults, Hessen Ştatının Daxili və İdman naziri Peter Beuth, Hessen Ştatının Federal və Avropa İşləri naziri Lucia Puttrich və digər ölkələrin idman nazirləri və federasiya rəhbərləri iştirak edəcək.
"Avropa idman gecəsi"nin keçirilməsində əsas məqsəd idmanda yeniliklərin əldə olunması, federasiyalar və Avropa Olimpiya Komitələri arasındakı əlaqələrin möhkəmləndirilməsi və idmanda narahatlıqlar doğuran bir sıra problemlərin aradan qaldırılmasıdır.
Tədbir zamanı plenar iclasların keçirilməsi və 200-dən artıq qonağın iştirakı ilə bir sıra müzakirələrin aparılması da nəzərdə tutulur.
"Bakı- 2015" Avropa oyunları: 5 həftə qalmış" bölümündə nazir Azad Rəhimov tədbir iştirakçılarına Azərbaycanda idman sahəsində görülən işlər, əldə olunan nailiyyətlər haqda məlumat verəcək. 20 dəqiqəlik çıxışında eyni zamanda, Azad Rəhimov "Bakı-2015" Avropa Oyunlarına hazırlıq, bu sahədə görülən işlər, açılan idman qurğuları, keçirilən tədbirlər və digər məlumatları da qonaqların diqqətinə çatdıracaq.