Estoniya Olimpiya Komitəsi ölkəni "Bakı-2015” ilk Avropa Oyunlarında 57 idmançının təmsil edəcəyini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Estoniya atletləri idmanın 12 növü üzrə yarışlarda iştirak edəcəklər.
Estoniyalı idmançılar Bakıda basketbol 3x3, velosiped idmanı, cüdo, atıcılıq, güləş, boks, çimərlik voleybolu, badminton, triatlon, üzgüçülük, qılıncoynatma və kamandan oxatma üzrə yarışlarda birincilik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunları iyunun 12-də start götürəcək.