"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ukrayna "Dnepr"i ilə keçirəcəkləri Avropa Liqasının III tur matçı öncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis bu oyunun komandası üçün təcrübə olacağını bildirib:
"Sabah bizi çətin oyun gözləyir. Komandada zədəli futbolçular olsa da, bunu düşünməli deyilik. Oyuna diqqətli hazırlaşmalıyıq. Rəqibimizin heyətində texnikalı futbolçular var. "Dnepr" də meydana qələbə üçün çıxacaq. Bizim üçün bu matç böyük təcrübə olacaq. Nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".
Mətbuat konfransının ən diqqətçəkən olayı tərcüməçinin dəyişdirilməsi olub. Sualları və cavabları çevirməkdə çətinlik çəkən tərcüməçi tezliklə başqası ilə əvəzlənib. Bundan sonra problem yoluna qoyulub.
Qurban Qurbanovun mətbuat konfransının tam videosunu təqdim edirik: