
FIFA və FIFPro 2014-cü ilin "11-liyi”nə namizəd olacaq yarımmüdafiəçilərin siyahısını təqdim edib. Sportnet.az-ın məlumatına görə, siyahıda "Arsenal”ı təmsil edən türk əsilli almaniyalı futbolçu Mesut Özil də var.
Siyahıya aşağıdakı futbolçulr daxildir:
Xabi Alonso (İspaniya, "Bavariya"), Bastian Şvaynştayger (Almaniya "Bavariya"), Angel Di Maria (Argentina, "Mançester Yunayted"), Cesk Fabreqas (İspaniya, "Çelsi"), Eden Azar (Belçika "Çelsi"), Xavi (İspaniya, "Barselona"), Andres İniesta (İspaniya, "Barselona"), Toni Kroos (Almaniya, "Real"), Luka Modriç (Xorvatiya, "Real"), Xames Rodriges (Kolumbiya, "Real"), Mesut Özil (Almaniya, "Arsenal"), Andrea Pirlo (İtaliya "Yuventus"), Pol Poqba (Fransa, "Yuventus"), Arturo Vidal (Çili, "Yuventus"), Yaya Ture (Fil dişi sahili, "Mançester Siti").