Rumıniyanın "Petrolul" klubu Mirça Redniki baş məşqçi postundan istefaya göndərib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər arasındakı anlaşmaya qarşılıqlı razılıq əsasında son qoyulub.
"Neftçilər"ə mövsümün sonunadək ikinci məşqçi Valentin Sinesku rəhbərlik edəcək. Klub rəhbərliyi Rednikə xidmətləri qarşılığında minnətdarlıq edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Mirça Rednik "Petrolul"un baş məşqçi postunda 15 rəsmi oyuna çıxıb. Bunlardan 13-ü Rumıniya Liqası, 2-si isə ölkə kubokuna təsadüf edib. Görüşlərdən 4-də qələbə, 5-də heç-heçə, 6-da məğlubiyyət qeydə alınıb. Hazırda "Petrolul" Rumıniya çempionatında 30 oyundan 49 xalla 3-cü pillədə qərarlaşıb. Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"ın baş məşqçisi olub.