1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA Bolqarıstan yığmasının sabiq baş məşqçisi ilə anlaşmayıb
Bolqarıstan milli komandasının baş məşqçisi Lyuboslav Penev Azərbaycan yığmasından aldığı təklifi qəbul etməyib. Sportnet.az-ın "Tema Sport"a istinadən məlumatına görə, təcrübəli mütəxəssisə təklif ötən ilin noyabrında postundan istefa verdikdən dərhal sonra ünvanlanıb.
Penev isə ölkəmizə köməkçiləri Radi Zdravkov, Yordan Yordanov və David Rodrigeslə birgə gəlməkdə israrlı olub. Lakin AFFA hər 3 mütəxəssisi qəbul etməyə hazır olmadığını bildirib. Nəticədə bolqarıstanlı mütəxəssislə danışıqlar pozulub və baş məşqçi vəzifəsinə Robert Prosineçki gətirilib.
Qeyd edək ki, Azərbaycan və Bolqarıstan yığmaları AVRO-2016-nın seçmə mərhələsində eyni qrupda yer alıb. Bu komandalar arasında sentyabrın 9-da Bakıda keçirilmiş ilk görüş Lyuboslav Penevin başçılıq etdiyi komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. Bu, cari seçmə tsikldə Bolqarıstan millisinin yeganə qələbəsidir.