
Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Xosep Qvardiola növbəti mövsümdən İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi olacaq. Sportnet.az-ın "beIN Sport"a istinadən məlumatına görə, "şəhərlilər"in rəhbərliyi Qvardiola ilə razılığa gəlib.
Rəsmi müqavilə yayda bağlanılacaq.
Qeyd edək ki, Xosep Qvardiola "Bavariya"ya 2013-cü ildə baş məşqçi təyin olunub.









































































