Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb. Sportnet.az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu yığma Avropa Liqasının qalibi olub.
Azərbaycan millisi finalda Slovakiyaya səfərdə 1:3 hesabı ilə qalib gəldikdən sonra evdə heç bir şans verməyib - 3:0. Rəqib yalnız ikinci setdə və üçüncü setin sonlarında ciddi müqavimət göstərə bilib. Bununla belə, meydan sahibləri sonda qələbəni bayram ediblər.
Bu qələbə sayəsində Azərbaycan millisi 2017-ci il Dünya Qran Prisinə vəsiqə qazanıb.
Avropa Liqası
Final, cavab görüşü
18:00. Azərbaycan - Slovakiya - 3:0 (25:15, 25:22, 25:20)
Hakimlər: Corco Qnani (İtaliya), Elena Geldof (Hollandiya)
Bakı, İdman Oyunları Sarayı
İlk oyun - 3:1.