1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tanınmış taekvondoçumuz evindən oğurluq edən şəxsi bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın taekvondoçu Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasına gəlməyən təqsirləndirilən N.Fərəcova bildirib ki, səhhəti ilə bağlı müalicə olunur.
O, hazırda xəstəxanadan çıxıb məhkəməyə gəldiyini, hələ də dərmanların təsiri altında olduğunu söyləyib. Hakim ona xəbərdarlıq edərək deyib ki, bir də məhkəməyə məlumat vermədən prosesdə iştirak etməsə, barəsində həbs qətimkan tədbiri seçilə bilər.
Zərərçəkmiş F.Əzizova söyləyib ki, təqsirləndirilən şəxslərlə barışıq müqaviləsi imzalayıb: "Dünən 8 min manat nağd ödəniş edildi, qalan məbləğin ödənilməsi üçün borc müqaviləsi imzaladıq. Hər hansı şikayətim yoxdur".
Məhkəmədə məlum olub ki, F.Əzizova məşq zamanı qolundan zədə alıb. O, məhkəməyə qolu sarıqlı vəziyyətdə gəlib.
Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.
Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.