Azərbaycan üzgüçüsü Maksim Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Sportnet.az-a verdiyi məlumata görə, 26 yaşlı idmançı buna Cənubi Koreyanın Quanqju şəhərində keçirilən su idman növləri üzrə dünya çempionatında nail olub. Şemberev 400 m məsafəyə qarışıq üsulla üzmə yarışında final mərhələsinə yüksəlib. O, həlledici mərhələdə 4 dəqiqə 14,10 saniyə nəticə ilə Azərbaycan üzgüçülük tarixində ilk dəfə 6-cı yeri tutub və olimpiadada birbaşa iştirak hüququna yiyələnib.