
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisin qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas rəqiblərini qabaqlayıb. Finlandiyalı 1 saat 31 dəqiqə 52,942 saniyəlik göstərici ilə birinci olub. Onun komanda yoldaşı Lüis Hemilton ikinci yeri tutub (+1,524 saniyə).
İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel isə 3-cü sırada finiş edib (+11,739 saniyə).
_____
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi start götürüb.
Sportnet.az xəbər verir ki, 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 51 dövrə vuracaqlar və 306,049 km məsafəni geridə qoymaqla qalibi müəyyənləşdirəcəklər. Yarışa saat 18:10-a qədər yekun vurulacaq.
Pilotların qrid düzülüşü
1. Valtteri Bottas (Mercedes)
2. Lüis Hemilton “Mercedes”
3. Sebastyan Fettel (“Ferrari”)
4. Maks Ferstappen (“Red Bull”)
5. Serxio Peres (“Racing Point”)
6. Daniil Kvyat (“Toro Rosso”)
7. Lando Norris (“McLaren”)
8. Şarl Lekler (“Ferrari”)
9. Karlos Sayns (“McLaren”)
10. Daniel Rikkardo (“Renault”)
11. Aleksandr Albon (“Toro Rosso”)
12. Kevin Maqnussen (“Haas”)
13. Lens Stroll (“Racing Point”)
14. Romen Qrojan (“Haas”)
15. Niko Hülkenberq (“Renault”)
16. Corc Rassel (Williams)
17. Antonio Covinatsi (“Alfa Romeo”)
18. Robert Kubitsa (Williams)
19. Kimi Raykkonen (“Alfa Romeo”)
20. Pyer Qasli (“Red Bull”)
Qeyd edək ki, Bakıda baş tutan əvvəlki 3 yarışdan 2-də Almaniyanın “Mercedes” komandasının pilotları rəqiblərini qabaqlayıblar. Artıq karyerasını başa vurmuş almaniyalı Niko Rosberq yeganə dünya çempionluğunu qazandığı 2016-cı ildə, britaniyalı beşqat dünya çempionu Lüis Hemilton ötən il birinci olub. Hazırda Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo isə 2017-ci ildə Avstriya “Red Bull”nun sükanı arxasında finiş xəttini hamıdan tez keçib.
Bu gün "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, yarış günündə başqa tədbirlər də nəzərdə tutulub. Saat 11:20-dən 12:00-dək azarkeş zonasında “Williams”, “Racing Point”, “McLaren”, “Haas” və “Toro Rosso” komandaları pilotları avtoqraf sessiyaları keçirəcəklər. Saat 13:10-da Formula 2 üzrə ikinci yarış başlayacaq.
Saat 14:30-dan 15:00-dək Qran-Prinin açılış mərasimi və pilotların paradı olacaq.
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə saat 16:10-da start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 56 dövrə vuracaqlar. Beləliklə, Bakı şəhər halqasında dünya çempionatının dördüncü mərhələsinin qalibi müəyyənləşəcək.
Günün sonunda “Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman həvəskarlarına xoş anlar bəxş edəcəklər. DJ-lərin konsert proqramı səhər saatlarınadək davam edəcək.
Bunlar "Williams", "McLaren", "Haas" və "Toro Rosso" komandalarıpilotlarının avtoqraf sessiyaları, "Formual 2" yarışı və Cardi B-nin konsert proqramıdır.
Yarış gününün proqramı
11:20 - 11:40. Avtoqraf sessiyası: Corc Rassel və Robert Kubitsa ("Williams")
11:40 - 12:00. Avtoqraf sessiyası: Karlos Sayns və Landro Norris ("McLaren")
12:00 - 12:20. Avtoqraf sessiyası: Romen Qrojan və Kevin Maqnussen ("Haas")
12:20 - 12:40. Avtoqraf sessiyası: Daniil Kvyat və Aleksandr Albon ("Toro Rosso")
13:10 - 14:00. “Formula 2” - İkinci yarış
14:30 - 15:00. Açılış mərasimi və pilotların paradı
15:54 - 15:56. Dövlət Himni mərasimi
16:10 - 18:10. “Formula 1” SOCAR Azərbaycan Qran-prisi
18:10. Podium mərasimi
22:00. Cardi B-nin konserti.