
"Ferrari" pilotu Sebastyan Fettel artıq "Formula 1"dən sonrakı karyerası barədə düşünməyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 33 yaşlı 4 qat dünya çempionu "Motorsport"a açıqlama verib. Almaniyalı sürücü realist olduğunu söyləyib: "Başa düşürəm ki, "Formula 1"də daha 10 il olmayacağam. Ona görə də gələcək karyeramı fikirləşməliyəm. Həqiqətən də bəxtim gətirib. Çünki "Formula 1"dən sonra çoxlu imkanlar var. Bəlkə avtomobil idmanında nə iləsə məşğuliyyət və ya tam başqa işə girişmək mümkündür. Bəzi ideyalarım var, amma qərar verməmişəm. Buna görə narahat deyiləm".
Qeyd edək ki, Sebastyan Fettel 2010 - 2013-cü illərdə dünya çempionu olub. Fettel bu titulları ən gənc - 23 - 26 yaşlarında əldə edib.