Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) birgə layihəsi olan “Media sektoru”nun növbəti qonağı AİJF İdarə Heyətinin üzvü, Sportnet.az saytının rəhbəri Elşən Məmmədov olub. Verilişdə idman jurnalistikasının problemlərindən danışılıb.