Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, serbiyalı funksioner mərhumun ailə üzvlərinə və yaxınlarına, o cümlədən, Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.