
Xankəndi şəhər stadionunda keçirilən III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışları başa çatıb.
Sportnet.az xəbər verir ki oğlanlardan ibarət komandaların mübarizəsində Rusiya birinci, Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.
qızlardan ibarət komandalar arasında Rusiya qalib gəlib. Özbəkistan ikinci, Belarus isə üçüncü yeri qazanıb. Azərbaycan komandası yarışı 4-cü pillədə başa vurub.
Qarışıq komandalar arasında birinci yer Belarusun, ikinci yer Qazaxıstanın, üçüncü yer isə Rusiyanın payına düşüb.
Fərdi yarışlarda oğlanlar arasında Özbəkistan idmançısı qızıl medal qazanıb. Gümüş və bürünc medallara isə Rusiya təmsilçiləri sahib olublar. Qızların fərdi yarışında Qazaxıstan idmançısı qalib gəlib, Rusiya oxatanları isə ikinci və üçüncü yerləri bölüşüblər.