
Azərbaycanın daha bir idmançısı II Avropa Oyunlarında çıxış edib.
Sportnet.az xəbər verir ki, ölkənin kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova qadınlar arasında klassik oxatmanın fərdi yarışında qüvvəsini sınayıb.
O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 48 oxatanın qatıldığı mübarizədə 586 xalla 43-cü olub. Qasımova iyunun 25-də 1/16 finala vəsiqə uğrundan almaniyalı Elena Rixterlə qarşılaşacaq.