
Hindistanlı tennisçi Radhika Yadav səhər yeməyi hazırlayarkən atası tərəfindən qətlə yetirilib.
Sportnet.az “Times of India”ya istinadən xəbər verir ki, Yadavın atası mübahisə zamanı qızını kürəyindən güllələyib.
Polisin bildirdiyinə görə, ata Dipak Yadav qızına beş dəfə atəş açıb, onlardan üçü qıza ölümcül xəsarət yetirib.
25 yaşlı Yadav xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
49 yaşlı Dipak sorğu-sual zamanı etiraf edib ki, doğma şəhərindəki insanların qızının qazancı ilə bağlı "təsəvvürləri" və onun qızının şöhrəti hesabına yaşaması ilə bağlı deyilənlər onu qətli törətməyə təşviq edib.
Radhika Yadav Beynəlxalq Tennis Federasiyasının (ITF) 2024-cü ilin noyabrındakı reytinqində 113-cü olub.