
Rusiyalı tennisçi Mariya Şarapovanın diksvalifikasiya müddəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, istifadəsi qadağan olunmuş dərman vasitələrindən yararlandığı üçün M.Şarapova 2 il müddətinə yarışlardan uzaqlaşdırılıb.
Dopinq testdən nəticəsi müsbət çıxan 29 yaşlı tennisçinin cəza müddəti 2016-cı ilin yanvarın 26-dan hesablanır.
Qeyd edək ki, M.Şarapovanın orqanizmində istifadəsi qadağan olunmuş mildronat preparatı aşkar edilib. Şarapova mildronatı 2006-cı ildə səhhətində problem yarandığı vaxtdan qəbul etməyə başlayıb. Bu il yanvarın 1-dən isə bu preparat qadağan olunmuş dərmanlar siyahısına düşüb. Ona yenilənmiş siyahını göndərsələr də, nə özü, nə də ətrafındakılar göz gəzdirib. Hazırda Şarapova onu hansı cəzanın gözlədiyini və nə vaxt tennisə qayıdacağını bilmir: