Heydər Əliyev Mərkəzinin parkında növbəti həftəsonu tədbiri keçirilib.
Sportnet.az mərkəzin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu dəfə təşkil olunan kikboksinq üzrə dərsi 5 qat dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov keçib.
Məşğələdə 5-16 yaş arasında olan şəxslər iştirak edib. 2 saata yaxın davam edən dərsdə Z.Səmədov iştirakçılara fərdi tövsiyələr verib.









































































