
Çinin Uşi şəhərində keçirilən Böyük Dəbilqə turnirinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, turnirin ardından Qala gecəsi təşkil olunub. Gecədə müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib. Azərbaycan milli komandasının üzvü Milad Beigi Hərçəqani kişi taekvondoçular arasında "ən yaxşı model" adına layiq görülüb.
Qeyd edək ki, Radik İsayevin də qatıldığı yarışda Milad Beigi Hərçəqani dördüncü olub. Hətçəqani ilk döyüşdə çinli Tuersun Mayerdanı, ardından yaponiyalı Hidenori İbatanı məğlub etsə də yarımfinalda Hvan Nam-Qonqa məğlub olub.
Üçüncü yer uğrunda özbəkistan təmsilçisi Nikita Rafaloviçnən döyüşdən də məğlub ayrılıb.
Radik İsayev isə çinli Zhao Xindoya qalib gəlsə də növbəti mərhələdə britaniyalı idmançı Məhəmməd Çoya məğlub olub.