Azərbaycanın yunan-Roa güləş üzrə yığma komandasının Bolqarıstanın paytaxtı Sofiyada Dünya Olimpiya Təsnifat turniri üçün heyəti açıqlanıb.
Federasiyadan Sport.az-a verilən məlumata görə, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) olimpiadaya lisenziya qazanmağa çalışacaq.
Komanda Bolqarıstana mayın 6-da yollanacaq. Yunan-Roma güləşi üzrə mübarizə turnirin son iki günündə baş tutacaq.
Güləşin bu növündə İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya Təsnifat turnirində lisenziya qazanıb.
Dünya Olimpiya Təsnifat Turniri 6 - 9 mayda gerçəkləşəcək.