
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat yarışı Türkiyənin İstanbul şəhərində keçiriləcək. Sportnet.az-ın Türkiyə Taekvondo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Yunanıstanın paytaxtı Afinada keçirilən səsvermədə İstanbul Bakını üstələyib.
Yarış gələn il 16-17 yanvarda keçiriləcək.
Qeyd edək ki, Avropa təsnifat yarışı olimpiadaya lisenziya xarakteri daşıyan son turnir sayılır.