
Azərbaycan Premyer Liqasında XXIII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bayıl Arena"da "Səbail" "Sabah" komandasını qəbul edib. Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Bununla da "Sabah" 32 xalla 5-ci, "Səbail" 17 xalla sonuncu - 10-cu pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki 4 oyununda "Zirə" səfərdə "Sumqayıt"a 3:0, "Turan Tovuz" evdə "Araz-Naxçıvan"a, "Qarabağ" səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib. "Kəpəz" isə "Şamaxı" ilə heç-heçə edib.
-------------------------
Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Kəpəz" Tovuz şəhər stadionunda "Şamaxı"nı qəbul edib. Baş hakim Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyunda hesab ikinci hissənin əvvəlində - 49-cu dəqiqədə açılıb. "Şirlər"in hücumçusu Brahim Konate penalti zərbəsini dəqiq yerinə yetirib. Cəmi 5 dəqiqə sonra isə künc zərbəsindən sonra Rüfət Abbasov topu öz qapısından keçirib.
Bu nəticədən sonra "Şamaxı" Premyer Liqanın turnir cədvəlində 21 xalla 8-ci, "Kəpəz" isə 19 xalla 9-cudur.
Qeyd edək ki, XXIII tura bu gün keçiriləcək "Səbail" - "Sabah" matçı ilə yekun vurulacaq. Əvvəlki oyunlarda isə "Qarabağ" səfərdə "Neftçi"ni, "Turan Tovuz" isə doğma meydanında "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib. "Zirə" Sumqayıt səfərində 3 cavabsız qolla qələbəyə sevinib.
-------------------------------------
Azərbaycan Premyer Liqasında XXIII tura bu gün yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günü 2 qarşılaşma keçiriləcək.
Elitada qalmaq uğrunda yarışan “Kəpəz”lə “Şamaxı” Tovuzda üz-üzə gələcək. Autsayder “Səbail” isə öz meydanında “Sabah”la qarşılaşacaq.
Yada salaq ki, dünən keçirilən oyunlarda “Qarabağ” səfərdə “Neftçi”ni, “Turan Tovuz” isə öz meydanında “Araz Naxçıvan”ı eyni hesabla (1:0) məğlub edib.
Turun açılış oyununda fevralın 15-də “Zirə” səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə darmadağın edib.
17 fevral
16:00. “Kəpəz” – “Şamaxı” - 1:1
Qollar: Rüfət Abbasov, 54 (öz qapısına) - Brahim Konate, 49 (penalti ilə)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu
19:00. “Səbail”– “Sabah” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"ASCO Arena"