
"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynanın LNZ klubundan istefaya göndərilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qriqorçukun LNZ-dəki fəaliyyəti cəmi 5 ay çəkib.
Çerkassı təmsilçisi bu müddətdə Ukrayna çempionatında 13 oyun keçirib, 5 dəfə məğlub olub, 6 dəfə heç-heçə edib və cəmi 2 matçda qələbə qazanıb. LNZ Premyer Liqanı 31 xalla 16 komanda arasında 12-ci yerdə bitirib.
Qeyd edək ki, Qriqorçuk LNZ-dən əvvəl ötən ilin iyununda - bu mövsümün əvvəli baş məşqçi təyin edildiyi "Neftçi"də işləyib. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib. "Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib. Qriqorçuk 2015-18-ci illərdə Azərbaycanda “Qəbələ”nin də baş məşqçisi olub.