
"Şamaxı" klubunun futbolçusu Alfons Mabula Msanqa Tanzaniya millisinin heyətinə dəvət alıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tanzaniya millisi iyunun 3-dən 15-dək Cənubi Afrika Respublikasında baş tutacaq “COSAFA Kuboku”nda iştirak edəcək.
İyunun 6-da isə yoldaşlıq görüşündə rəqib Cənubi Afrika Respublikası olacaq.