
Yeni mövsüm öncəsi heyətini formalaşdıran "Şamaxı" qapıçısı Abdulla Seydəhmədovla müqavilə müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, bu barədə Şamaxı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşməyə əsasən 28 yaşlı qolkiper daha 1 il əyalət təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Abdulla Seydəhmədov 2023-cü ilin yanvarından “Şamaxı”da forma geyinir.